06 Dekabr 2019, Cümə - 05:33

J.Vilnöv: “Williams yarış komandası deyil”

J.Vilnöv: “Williams yarış komandası deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

16:19 - 15 Aprel, 2019

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Willliams artıq yarış komandası deyil.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası artıq iki ildir ki, outsayderlikdən qurtula bilmir.

Jak Vilnöv: “İdarəçilər son illərdəki səhv qərarlarının cəzasını çəkirlər. Artıq yarış komandası deyillər. Sadəcə raport verməkdə məsuliyyətli olan açıq səhmdar cəmiyyətdirlər. Onlara nə qədər xeyir qazandıqlarını göstərmək lazımdır. Yəni onlar üçün problem yoxdur. Şirkət 2018-ci ili 16 milyon dollar xeyirlə qapadır, çünki maşına pul xərcləmirlər. İdarəçilər Formula1-də qalib gəlmək istəmirlər. Sadəcə səhmdarların daha çox pul qazanması barədə düşünürlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 317
Teqlər ,
Paylaş

logo