J.Alezi Pol Rikara rəhbər təyin olunub

Sabiq Formula1 sürücüsü Jan Alezi artıq Pol Rikar trasının rəhbəridir.

F-1.az bildirir ki, fransalı sürücü Formula1-dəki ilk yarışına 1989-cu ildə Tyrrell komandası ilə Pol Rikarda çıxmış və finişə dördüncü yerdə çataraq, diqqətləri cəlb etmişdi.

Jan Alezi: “Pol Rikar üçün faydalı olmaq istəyirəm. buna görə də qərardan çox razıyam. Pol Rikar Fransadakı ən baxımlı və ən müasir trasdır. Bunda başqa 1989-cu ildə ilk yarışıma burada çıxmışdım.

Bəzi hekayələrin başladıqları yerə qayıtması xoşuma gəlir. 34 ildən sonra yenidən Le Kastelleyə qayıdıram. Hədəflərə çatmaq üçün əlimdən gələni edəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*