Haas Qrojanı qovur?

Bəzi iddialara əsasən Haas komandasının rəhbəri Günter Ştayner son yarışlarda səhvlər edən Roman Qrojanı komandadan göndərəcək.

F-1.az xatırladır ki, fransalı sürücü Britaniya Qran Prisindəki birinci sərbəst yürüşlərdə yerində fırlanaraq ön qanadını qırmışdı. Yarışın startında isə komanda yoldaşı Maqnussenə çırpılaraq, komandasının mübarizədən erkən çəkilməsinə səbəb olmuşdu.

Haas komandasının rəhbəri Günter Ştayner yarışdan sonra əsəbləşmişdi. Son çıxan iddialara əsasən Haas komandası Almaniya Qran Prisində Qrojanla yarışmayacaq. Paddokdakı söz-söhbətlərə əsasən fransalı sürücünü yerlisi Esteban Okon əvəz edəcək. Amerika kollektivindən hələ açıqlama gəlməyib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*