25 Avqust 2019, Bazar - 06:38

Haas komandası Force İndia-ya avans ödənilməsinə qadağa qoyub

Haas komandası Force İndia-ya avans ödənilməsinə qadağa qoyub

Müəllif: Elçin Zodorov, redaktor

12:28 - 15 Yanvar, 2017

Force İndia geridə qoyduğumuz mövsümdə doqquzillik tarixinin ən yaxşı nəticəsini göstərmiş, Williams-ı qabaqlayaraq dördüncü olmuşdu. Komanda yüksək mövqeyini bu mövsümdə də qorumaq niyyətindədir, lakin bunun üçün maliyyə ehtiyatlarına ehtiyac var.

F-1.az bildirir ki, komanda ilk dəfə deyil ki, avans üçün FOM-a müraciət edir. Komanda son mövsümlərdə FOM-un bu köməyindən istifadə edib. Hələ noyabr ayından komandanın bu il də məsələ ilə bağlı müraciət etdiyi deyilirdi.

Komandaların əvvəlki mövsümdə tutduqları yerlərə görə təyin edilən pul mükafatları adətən may ayından etibarən hissə-hissə ödənilir. Bir neçə il əvvəl FOM elan etmişdi ki, maliyyə çətinliyi çəkən komandalara əvvəldən avans verərək kömək etməyə hazırdır, lakin qalan bütün komandalar bunun lehinə səs verməlidirlər. Almaniyanın Auto Bild nəşrinin məlumatına görə, Haas-dan başqa bütün komandalar “bəli” deyib. Bu nəticə Force İndia rəhbərliyini çox məyus edib. Ekspertlərin hesablamalarına görə, Force İndia-ya keçən mövsümün nəticələrinə əsasən mükafat fondundan 120 milyon dollar düşür.

Qış dövründə xərclər çox olur. Maşının hazırlanması başa çatmaq üzrədir. Xüsusilə də motor təchizatçısına ödəniş etmək lazımdır. Əvvəlki illərdə FOM-un onlara kömək etməsinə heç bir komanda etiraz etməmişdi, amma deyəsən indi Haas rəhbərliyi rəqiblərinə çətinliklər yaşatmaq fikrinə düşüb.

Tərəflərin heç biri bu barədə fikir bildirməyib. Maraqlıdır ki, yaranmış vəziyyət Force İndia-nin yeni mövsümə hazırlaşmasına nə dərəcədə təsir göstərəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 802
Teqlər , ,
Paylaş

logo