G.Ştayner: Yeni rəng çalarları daha müasir görünür

F-1.az xəbər verir ki, Haas bu gün yeni maşının rəng çalarlarını təqdim edib və bu addımı atan ilk komanda olub.

Komandanın rəhbəri hesab edir ki, yeni rənglər daha müasir görünür.

Günter Ştayner:“Mən hamının yeni avtomobil liveriyasının təqdimatına olan həvəsini bölüşürəm. Mənim həvəsim həm də onunla bağlıdır ki, təqdimat mövsümöncəsi təqvimdə əsas məqamlardan biridir və bundan sonra biz əsas işə – yarışa bir addım yaxınlaşmışıq.

Şübhəsiz ki, daha nəcib və müasir görünən, MoneyGram ilə titul tərəfdaşı kimi əməkdaşlığın yeni dövrünü simvolizə edən rənglənməni bəyənirəm. Formula1-də həyəcanlı dövrlərdi – rəng çalarlarını ilk təqdim etməyimiz çox gözəldir, lakin indi komandanın diqqəti VF-23-ü trasa və qarşıdan gələn mövsümə hazırlamağa yönəlib.

Keçən ilin nəticələrini nəzərə alsaq, bizim gələcək inkişaf üçün əsasımız var. Bütün komanda bunun üçün çox çalışıb. Kevin Maqnussen və Niko Hülkenberqin timsalında bizim üçün xallar qazanacaq iki istedadlı sürücümüz var. Mövsümün başlamasını səbirsizliklə gözləyirəm!”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*