FİA reqlamentə dəyişiklikləri və təqvimi təsdiq edib

Bu gün Sankt-Peterburqda FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti iclası keçirilib - iclasda 2019-cu il mövsümünün təqvimi ilə yanaşı idman və texniki reqlamentlərdəki dəyişikliklər də təsdiq olunublar.

F-1.az bildirir ki, idman reqlamentindəki dəyişikliklər aşağıdakı məqsədləri güdüb:

1. Yarış həftəsonlarında olduğu kimi testlər zamanı da yanacaqla işə nəzarətin yüksək səviyyəsinə əminlik;

2. Bir neçə cərimənin tətbiq olunduğu vəziyyətlərdə start düzümünün formalaşmasının asan və başa düşülən olmasına əminlik;

3. Təhlükəsizlik maşını pit-leynə qayıtdıqdan sonra sarı bayraqlar altında maşınların məhdudiyyət xəttini keçməsinə nəzarət edilməsi;

4. 2021-ci ilin yeni reqlamentinə müvafiq olan yeni maşınların hazırlanması üçün CFD tədqiqatların və hesablamaların artırılması.

Ümumdünya Şurası texniki reqlamentdə aşağıdakı dəyişiklikləri təsdiq edib:

1. Ön antiqanadla bağlı olan 3-cü Maddə daha aydın şəkildə izah edilsin;

2. 4-cü Maddəyə düzəliş edilsin – maşının çəkisi 740 kq-dan 743 kq-a artırılsın.

Ümumdünya Şurası reqlamentdəki konkret dəyişikliklər haqqında daha geniş məlumatı yaxınlarda dərc edəcək.

2019-cu il mövsümünün təqvimi

Tarix Qran Pri Şəhər
15-17 mart Avstraliya Melburn
29-31 mart Bəhreyn Saxir
12-14 aprel Çin Şanxay
26-28 aprel Azərbaycan Bakı
10-12 may İspaniya Barselona
23-26 may Monako Monako
7-9 iyun Kanada Monreal
21-23 iyun Fransa Le Kastelle
28-30 iyun Avstriya Şpilberq
12-14 iyul Böyük Britaniya Silverstoun
26-28 iyul Almaniya Hokkenhaym
2-4 avqust Macarıstan Budapeşt
30 avqust-1 sentyabr Belçika Spa
6-8 sentyabr İtaliya Montsa
20-22 sentyabr Sinqapur Sinqapur
27-29 sentyabr Rusiya Soçi
11-13 oktyabr Yaponiya Suzuka
25-27 oktyabr Meksika Mexiko
1-3 noyabr ABŞ Ostin
15-17 noyabr Braziliya San Pulu
29 noyabr-1 dekabr Əbu Dabi Əbu Dabi
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*