Ferrari Madrid trası üzrə dövrəni təqdim etdi

Sentyabrda Madringin yeni şəhər trası ilk dəfə İspaniya Qran Prisini qəbul edəcək. Avtodromun ərazisində tikinti işləri hələ də davam edir, lakin tras artıq hazırdır və ötən həftə Ferrari sürücüləri Şarl Lekler və Lyuis Həmilton bu trasda ilk dövrələrini vurublar.

Rəsmi olaraq italyan komanda yeni tras haqqında məlumat toplama işləri ilə məşğul olmayıb, reklam çəkilişləri aparıb. Bu gün Skuderiyanın mətbuat xidməti sosial şəbəkələrdə Leklerin və Həmiltonun maşınlarından çəkilmiş Madrinq trası üzrə dövrəni əks etdirən videoçarx yayımlayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*