Ferrari Covinatsinin qalmağını istəyir

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Antonio Covinatsinin gələn il idmanda qalmasını istəyir.

F-1.az xatırladır ki, İtaliyalı sürücünün müqaviləsi ilin sonunda başa çatacaq. Alfa Romeo komandası artıq hər iki sürücüsünü də özü seçə bilər. Buna görə də Ferrari Sürücü Akademiyasına məxsus olan Antonio Covinatsinin yeri təhlükədədir. Onun yerinə əsas namizədlər isə Robert Şvartsman, Mik Şumaxer və Kalyum Aylotdur.

Mattio Binotto: “Antonio ehtiyac sürücümüzdür və bizim üçün ən yaxşı alternativdir. Hər mövsüm təkmilləşir və o, uzun illər yarışa bilməmişdi. Bu hal onun performansına təsir edib, çünki indiki maşınlar çox qarışıqdır. Məncə təkmilləşir. Ümid edirəm ki, yenə də Formula1-də və Alfa Romeo-da qalar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*