Felipe Massa: Vassyör qərarlarında çox rasionaldır

Vaxtilə Ferrari-nin şərəfini qorumuş və komandanı yaxşı tanıyan keçmiş Formula1 sürücüsü Felipe Massa onun yeni lideri Frederik Vassyörün böyük təzyiq altında işləməli olacağına şübhə etmir.

F-1.az xatırladır ki, braziliyalı sürücü 2006-2013-cü illərdə qırmızı kombinezon geyinib və bütün 11 qələbəsini qırmızı maşının sükanı arxasında qazanıb.

Felipe Massa: “Hamı Vassyör haqqında yüksək səviyyədə danışır. O, avtoidmanda çox uğur qazanıb və yarış komandasına rəhbərlik etməkdə zəngin təcrübəyə malikdir, lakin Ferrari-yə rəhbərlik etmək tamam başqa şeydir. Bu baxımdan onun üçün böyük dəyişikliklər gedir.

Zaman da onun tərəfində deyil, çünki Ferrari çox uzun müddət titul qazanmır. Ona görə də indi o, böyük təzyiqlə üzləşib. Lakin Frederik qərarlarında çox rasionaldır və bu, müsbət haldır, çünki Skuderiyanın işində bəzən həddindən artıq qərarsızlıq olur.

Əgər geriyə baxsanız, çətin anlarda belə işlərin öhdəsindən gələ bilən ən yaxşı lider Jan Todt idi və o da fransızdır. Ancaq onun da uğur qazanması üçün yeddi il lazım gəldi…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*