F.Vassyör: Aston Martin hər yerdə güclüdür

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Aston Martin keçən ilə nisbətən yaxşı addımlar atıb.

F-1.az xatırladır ki, “yaşıllar” Bəhreyndəki cümə sərbəst yürüşlərində hamıdan sürətli olublar və yarış üçün əsas favoritlərdən biri sayılırlar.

Frederik Vassyör: “Bir il əvvələ nisbətən güclü inkişaf ediblər. 2022-ci ilin Bəhreyn yarışı ilə müqayisədə bunu görəcəksiniz. Həm sıralanma, həm də yarış tempində yaxşı performans göstərdilər. Yarış tempində daha güclüdürlər. Görək sıralanma turu və yarışda nə edəcəklər”.

, , , ,