F.Massa: “Şumaxerin vəziyyətindən xəbərdaram”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Şumaxerin səhhəti barədə məlumat təkcə ailəsində var.

F-1.az xatırladır ki, əfsanəvi sürücü 2013-cü ilin sonunda xizək sürərkən yıxılmış və ağır yaralanaraq komaya düşmüşdü. Bundan sonra, demək olar ki, Şumaxer haqqında rəsmi məlumat olmayıb.

Felipe Massa: “Bütün məlumatları ailə daxilində tutmaq istəyirlər. Əlbəttə, Mixaelin necə olduğunu bilirəm. Məlumatlar almışam, amma açıqlamanı ailəsi verməlidir. Mən həmişə yenidən sağalacağına və əvvəlki kimi görünəcəyinə, hətta, yarış maşınında oturacağına inanıram.

O, çox yaxşı futbol oynayardı. Bəzən yarışdan əvvəl Ferrari mühəndislərilə futbol oynayardı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*