F.Briatore: “Stüardlar Maksı yox etməyə çalışırlar”

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, stüardlar Ferstappenə pis davranırlar.

F-1.az xatırladır ki, hollandiyalı sürücü 2016-cı ildə Meksikada, 2017-ci ildə isə ABŞ-da podiuma yüksəlmiş, lakin yarışdan dərhal sonra verilən cəzalara görə podium mərasiminə hazırlaşan Maksın yarışı dördüncü yerdə başa vurduğu elan edilmişdi.

Flavio Briatore: “Ferstappen Formula1-in yeni ulduzudur, amma heyif ki, stüardlar onu bezdirmək istəyirlər. Gənc yaşında hamını təsirləndirib. Qorxusuz sürücüdür və həmişə qalib gəlmək istəyir. Bütün bunlara baxmayaraq, cəzalarda qeyri-stabil olan stüardlar onu yox etməyə çalışırlar. Məncə, qərarlar çox ağırdır. Formula1-də sürücülər daha rahat şəkildə mübarizə aparmalıdırlar və onlara sərbəstlik vermək lazımdır. Ümid edirəm ki, bu mövzuda diqqətli olarlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*