F.Briatore: “Ferstappen dilinə hakim olmalıdır”

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, Maks Ferstappen dilinə hakim olmalıdır.

F-1.az xatırladır ki, hollandiyalı sürücü 22 yaşı olmasına baxmayaraq, artıq 8 qələbə qazana bilib. Lakin gənc pilot əksər hallarda qalmaqallı çıxışları ilə də diqqət mərkəzinə düşür.

Flavio Briatore: “Maksın Red Bull-da qalması əla oldu. Beləliklə, onu uzun illər ön cərgələrdə görə biləcəyik. Çox sürətlidir və davamlı inkişafdadır. Əksər hallarda hamını kölgədə qoya bilir. Lakin dilinə hakim olmalıdır. Ferrari barədə deyilən hiyləgər sözlərini görməzlikdən gələ bilərdi. Belə danışmaq onun işi deyil və bu, doğru söhbət deyildi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*