F.Alonso: “Podium uğrunda mübarizə apara bilərik”

Fernando Alonso inanır ki, McLaren komandası 2016-cı ildə podiuma çıxa bilər...

F-1.az xatırladır ki, Alonso Rusiya yarışını 6-cı yerdə bitirərək, 12 yarışdan sonra xal almışdı. McLaren komandası İspaniyaya çoxlu yeniliklərlə gələcək və bundan sonra hər yarış xal almaq istəyir.

Alonso düşünür ki, McLaren-in hədəfi xal yox, podiumlar ola bilər: “Komandanın inkişafından razıyam və qalib gəlmək istəyirik. Amma Mercedes hazırda fərqli liqada çıxış edir. Bu mövsüm inkişaf etmişik, amma daha çox inkişaf etməliyik. Daha sürətli olmalıyıq. Hər yarış gözləntilər artır.

Rusiyada hər şey gözlədiyimiz kimi getdi. O tras bizim bolidimizə uyğundur və ilk dövrədəki insidentlərdən maksimum faydalandıq”.

Alonso bildirib ki, McLaren İspaniyadakı yeniliklərdən sonra daha da sürətli olacaq: “Soçi yarışını keçənilki ilə müqayisə etdiyimizdə görürük ki, çox yerdə inkişaf etmişik. Komandanın vəziyyəti daha yaxşıdır.

Növbəti yarışlarda aerodinamik yeniliklərimiz olacaq. Bizim hədəfimiz ən güclü şassiyə sahib olmaqdır.

Barselonada demək olar ki, yeni bolidə sahib olacayıq. Bizim mühərriyimiz güclü deyil, ona görə də döngələrdə daha sürətli olmalıyıq.

Barselona və Monako kimi traslarda şassi mühərrikdən vacib rol oynayır. Əgər şassini inkişaf etdirsək, yaxşı nəticələr qazana bilərik.

Rusiya yarışında 6-cı yeri asanlılqla qazandıq. Daha çox inkişaf etsək, niyə 2-ci və 3-cü yer uğrunda mübarizə aparmayaq? Mövsümün sonuna 17 yarış var və biz təslim olmayacayıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*