F.Alonso gələn il hansı komandada olacaq?

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, Fernando Alonso ilin sonunda McLaren komandasından ayrıla bilər.

F-1.az xatırladır ki, britaniyalı komanda Honda ilə bərbad keçən 3 mövsümdən sonra yaponiyalı mühərrik istehsalçısı ilə yollarını ayırmış və Renault ilə müqavilə bağlamışdı. Lakin Formula1 tarixinin ən titullu 3-cü komandası bu mövsüm də gözləntiləri qarşılaya bilmir.

Flavio Briatore: “McLaren-in sıralanma turu performansı bərbad idi. Əylənməsi üçün. Fernandonun maşınına bir televizor qoymaq lazımdır. Fernando gələn il McLaren-də qalacaq? Bilmirəm. Renault kimi güclü mühərriklə irəliyə getməlidirlər. Keçən il problemləri Honda idi. Bu il isə bilmirəm. Əsas problem bolidin geridə qalmasıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*