Əbu Dabi-2018: Mətbuat konfranslarının cədvəli

Əbu Dabi Qran Prisi günlərində FİA-nın rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı jurnalistlər sürücülərlə iki mərhələdə görüşəcəklər. Əvvəlcə konfrans otağına dörd sürücü – karyerasını başa vuran Fernando Alonso (McLaren), 5-ci tutulunu qazanmış Lyuis Həmilton (Mercedes) və gələn ilin iki debütantı Lando Norris (McLaren) və Corc Rasseı (Williams) dəvət olunublar. Kiçik fasilədən sonra onları Ferrari sürücüləri – Sebastyan Fettel və Kimi Rəykkönen, eləcə də, keçən yarışın qəhrəmanları Maks Ferstappen (Red Bull) və Esteban Okon (Racing Point) əvəz edəcəklər.

Cümə günü isə iki sərbəst yürüş sessiyası arasında fasilə zamanı komanda rəsmiləri: Siril Abitebul (Renault), Mauritsion Arrivabene (Ferrari), Kristian Horner (Red Bull), Otmar Safnauer (Racing Point) və Toto Volff (Mercedes) jurnalistlərin suallarını cavablandıracaqlar.

F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*