E.Cordan: Ferstappen zamanla tarixin ən yaxşısı ola bilər

Keçmiş Jordan komandasının rəhbəri Maks Ferstappenin potensialı barədə fikirlərini bölüşüb.

F-1.az xəbər verir ki, təcrübəli mütəxəssisin fikrincə, hazırda ardıcıl üçüncü tituluna doğru əmin addımlarla irəliləyən niderlandlı sürücü nə vaxtsa F1 tarixinin ən yaxşı pilotu sayıla bilər.

Eddi Cordan: “Maksla anasının yanaşmasını mənimsədiyini görməyə kifayət edəcək qədər nahar və axşam yeməyi yemişik. O, kartinqdə böyük istedad idi, amma təbii ki, o, hər iki valideyndən ilham alırdı. Əgər siz kartinqdə belə istedadlısınızsa, atanız yarışçıdırsa və bütün hiylələri bilirsizsə Maks Ferstappen kimi sürətli sürücü olursunuz. İnanıram ki, zaman keçdikcə o, hər şey qaydasında olsa, tarixin ən böyüyü olacaq”.

Maks 2021-ci ilin son dövrələrində qalmaqallı titul qazandıqdan sonra keçən il ikinci çempionluğunu erkən elan edib. Bu il də çemionata 119 xalla başçılıq edən gənc sürücünün komanda yoldaşı ilə xal fərqi az olsa da, bu qədər üstün maşınla ardıcıl üçüncü dəfə çempionluq qazanacağına demək olar ki, heç kim şübhə etmir…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*