E.Cordan: Çempionluq uğrunda mübarizə bitib

Sabiq komanda rəhbəri Eddi Cordan bildirib ki, çempionluq uğrunda mübarizə çoxdan bitib.

F-1.az xatırladır ki, Red Bull komandası bu mövsüm ilk 3 yarışı çox rahatlıqla qazanıb. Bunlardan ikisində isə qələbə dublu edib.

Eddi Cordan: “Hələ çox tez olduğunu deyə bilərdim, amma bu iş çoxdan bitib. Red Bull-un gücünə, məlumatına, sürətinə və tutumuna, xüsusən də sürücülərinə rəqib görmürəm. Bu meydanoxuma çox qorxuncdur”.

,