D.Rikkardo: Deməyə söz tapmıram

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, hisslərini ifadə etməyə söz tapmır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa ikinci yerdən başlasa da, yaxşı startla Ferstappeni geridə qoyub və liderliyi ələ keçirib. Daha sonra isə Həmilton-Ferstappen insidentindən faydalanaraq, 3 ildən sonra ilk qələbəsini əldə edib. Bu, həm də McLaren komandasının 2012-ci il Braziliyadan sonra ilk qələbəsi idi.

Daniel Rikkardo: “Dünən mənim üçün yaxşı keçdi. Düzünü desəm, startda lider olsam da, bunun qələbə üçün bəs edəcəyini düşünmürdüm.Yarışın ilk hissəsində Maksı arxamızda tuta bildik. Daha sonra təhlükəsizlik maşını çıxdı, amma ilk dövrədən sona qədər lider olmağı heç birimiz düşünmürdük.

Bütün mövsüm sürətimi gizlədirdim (Zarafatla). Yay tətili yaxşı keçdi və özümə gəldim. Üç həftədir özümü yaxşı hiss edirəm. İlk iki yeri tutmaq dəlilikdir. McLaren üçün nəinki ilk iki yer, podium belə böyük uğur sayılır. Yəni indiki halda. İlk dəfədir ki, deməyə söz tapa bilmirəm”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*