C.Rassell: Lyuislə eyni stildə sürürük

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Həmiltonla stilləri eynidir.

F-1.az xatırladır ki, Rassell keçən il Mercedes-lə ilk mövsümünü keçirsə də, əksər yarışlarda Həmiltona yaxın nəticələr əldə etmişdi.

Corc Rassell: “Lyuislə aramızda normal iş münasibəti var. Əgər komanda üçün bir yerdə işləsək, daha yaxşı nəticə əldə edə bilərik.

Sürüş tərzlərimiz də bənzərdir, amma ikimizin də özünəməxsus tərəflərimiz var. Ancaq sazlanma cəhətdən fərqli düşünsək də, bolidin inkişafı cəhətdən eyni yöndə gedirik və bu komanda üçün faydalıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*