D.Hill: Rassellin hələ sübut edəcəyi çox şey var

1996-cı il dünya çempionu F1 Nation podkastında Mercedes komandasındakı vəziyyəti şərh edib.

F-1.az xəbər verir ki, Deymon gənc Corcun sübut etməli çox şeyinin olduğunu düşünür.

Deymon Hill: “Corc komandanın dəyərli varlığına çevrilmək üçün çox işləməlidir. İndiyə qədər o, əla gəlib. Bir çox şeyi sübut etməlidir və Lyuisin belə bir ehtiyacı yoxdur – komanda bilir ki, əlində Həmilton var – o, kiçik bir şans hiss etsə, yenidən əla formada olacaq və əla yarışa biləcək. Onlar bilirlər ki, Corc da bunu bacarar, lakin hələ bunu sübut edə bilməyib.

Lyuis yavaş-yavaş maşınla məşğul olacaq. O, yəqin ki, “Mən sənə bütün ağır işləri görməyə icazə verəcəm, Corc” düşüncəsindədir. Eyni zamanda, Rassell GPDA yarış birliyinin direktorudur, onun da orada çoxlu işi var”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*