Ç.Fyorio: Vassyör yaxşı rəhbər olacaq

Ferrari komandasının sabiq rəhbəri Çezare Fyorio bildirib ki, Vassyör komandada hər şeyi düzəldə bilər.

F-1.az xatırladır ki, Vassyör artıq Ferrari-nin artıq yeni rəhbəridir və o Binottonu əvəz edəcək.

Çezare Fyorio: “Vassyör aydan gəlmir. Binottonun mükəmməl təməlindən istifadə edərək, Ferrari-ni idarə edə biləcək.

Strategiyaya da müdaxilə etməlidir. Onun aşağı seriyalarda yaxşı nəticələri olsa da, Formula1-də heç nə bacarmayıb. Çox klassik formada iş görür. Pul cəhətdən də diqqətlidir.

Düzdür, təkbaşına çempion ola bilməz və ətrafında yaxşı komanda olmalıdır.

Bu il uğursuz olsalar da, yeni gəlib deyə bəhanəsi olacaq. Yenə də inanıran ki, komandaya tez uyğunlaşacaq”.0

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*