C.Fizikella: Ən yaxşı sürücü Şumaxerdir

F-1.az xəbər verir ki, eçmiş Formula1 sürücüsü Cankarlo Fizikella özünün ən yaxşı komanda yoldaşının kim olmasından bəhs edib və kimi tarixin ən yaxşısı hesab etdiyini açıqlayıb.

Cankarlo Fizikella: “Ən yaxşı komanda yoldaşım Fernando Alonsodur. Sürətli, yarışlara yaxşı hazırlaşan və heç vaxt səhv etməyən. Renault-da iki gözəl il keçirdik. Ən yaxşı sürücü isə Mixael Şumaxerdir. Təəssüf ki, onunla eyni komandada yarışmaq imkanım olmadı. Onun maşın barədə paylaşdığı məlumatlara baxmaq mənim üçün çox maraqlı olardı.

Mixaillə bağlı – həm yarışlar zamanı onunla mübarizə aparmağımız, həm də birlikdə futbol oynamağımız barədə xoş xatirələrim var. Şumaxer məni heyran edib. O, yarışırdı, kokpitdən çıxanda məlum olurdu ki, hətta heç tərləməyib. Sadəcə inanılmaz yarışçı idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*