C.Batton: Ən yaxşı maşın AMR23-dür

2009-cu ilin dünya çempionu builki maşınlar arasında hansını daha çox sürmək istədiyini açıqlayıb.

F-1.az xəbər verir ki, britaniyalı sabiq sürücü Aston Martin-in maşınına təriflər yağdırıb.

Censon Batton: “Aston Martin bu il necə də gözəl maşın hazırlayıb. O, ən yaxşı idarə olunan maşına bənzəyir. Çox yaxşı hazırlanıb və yan pantonların üzərində çox gözəl deşiklər var.

İstənməyən hava axınını maşının həqiqətən incə hissələrinə yönəldirlər. Əsasən, bu, maşını yarış boyu daha stabil edir. Yəqin ki, bu səbəbdən cari mövsümdə idarə olunması ən asan bolid kimi görünür”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*