S.Fettel Montsadan həzz almaq istəyir

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Montsadakı son yarışından həzz almaq istəyir.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu ilin sonunda idmandan gedəcək. O, karyerasının ilk qələbəsini 2008-ci ildə Toro Rosso-da yarışarkən Montsada qazanıb. Bundan başqa 2011 və 2013-cü illərdə də bu trasda hamını qabaqlayıb.

Sebastyan Fettel: “Montsada məni qarışıq emosiyalar gözləyir. Formula1-dəki ilk qələbəmi burada qazanmışdım və buraya son dəfə yarışmağa gəlirəm. Bu həftəsonunun hər saniyəsindən həzz almağa çalışacağam.

Görək yeni bolidlər burada necə performans göstərəcək. Burada ötmə etmək çətin olur, amma indi daha çox ötmə görməyi ümid edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*