D.Hill: Aston Martin gözləntiləri aşdı

Sabiq Formula1 sürücüsü Deymon Hill bildirib ki, Aston Martin gözləntiləri çoxdan aşıb.

F-1.az xatırladır ki, “yaşıllar” mövsümə yaxşı başlayıb və Bəhreyndə Alonso ilə podiuma yüksəliblər.

Deymon Hill: “Aston Martin hamının gözləntilərini aşdı. Buna görə də xoşbəxtdirlər. Lourens Stroll pulunu düzgün xərclədi, komandanı bir araya gətirdi və böyük ehtimalla hamı ona “riskə gedirsən” deyib. Lakin o, hamının yanıldığını gördü.

Onlar Red Bull-un sabiq işçisi Den Fəllovsa sahibdirlər. O, Red Bull-un maşını haqda bəzi şeyləri bilir. Ancaq bundan sonra Red Bull-dan yardım almayacaqlar.

Bu gözəl performansları Mercedes-i də kölgədə qoydu. Yazıq qoca Lyuis və Corc Rassell…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*