14 Dekabr 2018, Cümə - 09:24

Braziliya-2018: Üçüncü stüard – Emanuele Pirro

Braziliya-2018: Üçüncü stüard – Emanuele Pirro

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:09 - 08 Noyabr, 2018

Hər il olduğu kimi, FİA bu dəfə də Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. İnterlaqosda stüardlara kömək etmək üçün FİA italiyalı sürücü Emanuele Pirronu dəvət edib.

Keçən əsrin 80-90-cı illərin sərhədində Pirro Benetton və Scuderia İtalia komandalarında çıxış edib, ən yaxşı nəticəsi isə 1989-cu ilin Avstraliya Qran Prisində 5-ci yer olub.

Emanuele daha çox Le Man marafonundakı nailiyyətləri ilə tanınır. Audi komandasının heyətində italiyalı sürücü 5 dəfə (2000-2002-ci illər və 2006-2007-ci illər) əfsanəvi marafonun qalibi olub. Daha iki dəfə ALMS seriyasında (2001-ci və 2005-ci illər) titul qazanıb.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Pirro ilə birlikdə həftəsonunun mübahisəli insidentlərini Amerika federasiyasının nümayəndəsi, McLaren komandasının keçmiş başçısının oğlu Tim Mayer və İspaniya avtoklubunun direktorlar şurasının üzvü, yeganə stüard qadın Silviya Bellot araşdıracaqlar.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 209
Teqlər , , , , , ,
Paylaş

logo