Kimi Antonelli: “Əlbəttə, Monzada olmaq inanılmaz dərəcədə gözəldir! Azarkeşlərin böyük dəstəyini hiss edirəm, baxmayaraq ki, bu gün hər şey adət etdiyimiz kimi getmədi. Daha çox uzun seriyalarda tempə fokuslandıq – açığı, bu, bir qədər qəribə idi.
Amma ümumilikdə cümə günü pis keçmədi, çoxlu məlumat topladıq və həftəsonunun qalan günlərinə hazırlaşacağıq. Bu trasda irəliləməyə kömək edə biləcək çox fərqli yanaşmalar var və bu gün rəqiblərin maşınlarının arxasında gedərkən onların hərəkətlərini izləməyə, bizdən fərqli olaraq nə etdiklərinə, enerjidən necə istifadə etdiklərinə diqqət yetirməyə çalışdım və bu, çox maraqlı idi.
Sözsüz ki, Ferrari sürücüləri bu trasda poul uğrunda mübarizə aparacaqlar, çünki yenilənmiş mühərriklər alıblar və bu da onlara irəliyə doğru addım atmağa, düzlükdə sürətlənməyə imkan verib. Eyni zamanda, bilirik ki, onların maşınları döngəlarla necə yaxşı işləyir, buna görə də poul uğrunda əsl mübarizənin olacağına şübhə etmirəm”.




