Andretti Alfa Romeo-nu alıb?

Andretti komandasının rəhbəri Maykl Andretti bazar ertəsi Alfa Romeo komandasının bazasına gedib.

F-1.az bildirir ki, iddialara görə Andretti Alfa Romeo komandasını satın alacaq. Hətta, Britaniya mətbuatı bildirib ki, tərəflər danışıqlarda son mərhələyə çatıblar.

Gələn ildən idmana büdcə limiti gələcək. Belə olan halda komandalar artıq bir-birlərinə yaxın olacaqlar və bu da yeni komandaların və sərmayəçilərin idmana marağını artırır. Andretti də yeni komanda qurmaqdansa, Alfa Romeo-nu satın almaq istəyir.

Bəzi iddialara görə bu həftəsonu Alfa Romeo-nun Andrettiyə satıldığı rəsmən açıqlanacaq. Deyilənə görə Mario Andrettinin oğlu Maykl Andretti komandanı almaq üçün 350 milyon dollar xərcləyib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*