Alfa Romeo yeni rəng çaları ilə yarışacaq?

Alfa Romeo Racing yeni mövsümdə fərqli rəng çalarları ilə yarışa bilər.

F-1.az xatırladır ki, Sauber komandası bu ildən Alfa Romeo Racing adı ilə yarışacaq. Bolidin şassi adı Alfa Romeo tərəfindən satın alınıb. Komandanın keçənilki qırmızı-ağ rəng çaları əksəriyyət tərəfindən bəyənilmişdi. İsveçrə təmsilçisinin sosial şəbəkə üzərindən yayımladığı şəkildə qırmızı-qara rəng çaları diqqəti cəlb edib. Bu rəng çalarının kamuflyaj olma ehtimalı da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*