Alfa Romeo C39 Fyoranoda 100 km qət edib

Alfa Romeo komandası 2020-ci ildə yarışacaqları bolidi bu gün Fyoranoda trasa çıxarıb.

F-1.az bildirir ki, yeni Alfa Romeo C39-u ilk olaraq 2007-ci ilin Dünya Çempionu Kimi Rəykkönen sürüb. Bolid keçənilki kimi kamuflajlı olaraq trasa çıxarılıb.

Finlandiyalı pilot gün ərzində 100 km-lik məsafə qət edib. Bolidin burun hissəsi keçənilkinə bənzəyir. Komanda əsl rəng çalarını Barselonada təqdim edəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*