A.Prost: Sürücülər robota dönüblər

Formula1 üzrə dördqat Dünya Çempionu Alen Prost düşünür ki, sürücülərin işini artıq kompüterlər görür.

F-1.az xatırladır ki, Formula1 bolidləri getdikcə təkmilləşir və mühəndislər əllərindən gələni edirlər ki, sürücülər özlərini yaxşı hiss etsinlər. Asfaltayatma qüvvəsi getdikcə artır və bu da sürücülərin işlərini rahatlandırır.

Alen Prost: “Sürücülər artıq mühəndislərin təlimatlarını dinləyirlər və bütün işi komputerlər görür. Bu, mənim üçün əsl yarış deyil. Ən pisi də odur ki, sürücülər bu sistemin bir parçası olmalıdır və sponsorların imicini zədələməmək üçün susmalıdırlar. Son 10 ildə sürücülər əsl robota dönüblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*