A.Covinatsi vətənində xallar istəyir

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi Bəhreyn yarışındakı performansından cəsarətlənib.

F-1.az xatırladır ki, Alfa Romeo komandasının sürücüləri Bəhreyndə 11 və 12-ci yerləri tutmuşdular.

Antonio Covinatsi: “Bəhreyndəki performansımız özümüzə olan inamımızı artırdı. İmolada necə rəqabətədavamlı olduğumuzu anlamaq yaxşı olacaq. Maksimumu almaq üçün qüsursuz həftəsonuna ehtiyacımız var. Orta qrup komandaları arasında fərq azdır. Bu isə mübarizəyə rəng qatır. Öz ölkəmdə xal qazanmaq istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*