Z.Braun: “Vandorn gələcəyin Sennasıdır”

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Stoffel Vandornun 2017-ci ildə komandada yarışmasına görə sevinclidir.

F-1.az xatırladır ki, belçikalı sürücü bu mövsüm Formula1-də ilk tam mövsümünü keçirəcək.

Qeyd edək ki, 24 yaşlı sürücü keçən mövsümün Bəhreyn yarışında zədələnmiş Alonsonu əvəzləmiş və 10-cu olaraq Formula1 karyerasının ilk xalını qazanmışdı.

Zek Braun: “Fernando və Stoffel kimi iki keyfiyyətli sürücülərimiz olacaq. Bilirik ki, Vandornun böyük potensialı var. Düşünürəm ki, o, gələcəkdə Lyuis Həmilton, Mixael Şumaxer və Ayrton Senna səviyyəsində olacaq. Alonso ilə yaxşı tandem quracaqlar. İkiqat Dünya Çempionu və gələcəyin çempionu bizə gözəl nəticələr qazandıracaqlar.

Stoffel qısa müddət ərzində hər şeyi öyrənəcək”.

Vandorn yeni mövsüm barədə bunları deyib: “Mərbuatla bağlı tədbirləri sevməsəm də, bunlar işimizin bir hissəsidir. Mənim üçün əsas olan bolidə keçib, performansımı göstərməkdir. Ümid edirəm ki, yeni mövsümdə hər şey yaxşı gedər və gözəl nəticələr alarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*