Z.Braun: Nə edəcəyimizi bilirik

McLaren uğursuzluq tendensiyasından çıxa bilmir və bu mövsümün də fərqli olacağı inandırıcı deyil.

F-1.az xəbər verir ki, Braun komandanın səhvlərin üzərində işlədiyini deyib.

Zek Braun: “Bəhreyndə nəticə kifayət qədər yaxşı deyildi. Maclarenin daha yaxşı hərəkət edə biləcəyini düşünürük. İndi komanda Səudiyyə Ərəbistanında xal qazanmaq üçün çox çalışır”.

Xatırladaq ki, Bəhreyndəki ilk yarışda Lando Norris 17-ci olmuş, Oskar Piastri isə finiş görməmişdi və komanda xal qazanmamışdı.

,