C.Ki: Dalğalanmanı düzəltmək çətindir

McLaren komandasının texniki direktoru Ceyms Ki bildirib ki, əksər komandalar dalğalanma problemlərini güman edə bilməyib.

F-1.az xatırladır ki, yeni texniki reqlamentdən sonra komandalar 40 ildən sonra altlıq effekti konseptinə qayıdıblar. Bu hal bəzi komandaları qabağa aparsa da, bəziləri geriləyiblər. Geriləmənin səbəbi isə dalğalanma problemi olub.

Ceyms Ki: “Mövsüm başlayanda bəzi şeylər komandalar üçün naməlum idi. Bunlardan ən əsası isə dalğalanma problemi idi. Əgər 1980-ci illəri görsəydik və 1970-ci illəri xatırlasaydıq, bu mövzuda daha məlumatlı olardıq.

Ancaq hamımız bunun baş verə bilmə ehtimalını düşünə bilmədik və bunu düzəltmək çox vaxtımızı aldı.

İkinci hal isə ötmə etmək üçün hava kisəsinin yox olmasıdır. Döngələrdə izləmək daha asandır və çoxdöngəli traslarda problem yaşamadıq. Ancaq hava kisələrinin artıq gücü yoxdur.

Düzü, bilmirəm bunu necə düzəldəcəyik və dalğalanmanə necə yox edəcəyik. Bu çox çətindir”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*