Y.Ferstappen yarış idarəçilərini tənqid edib

Sabiq Formula1 pilotu Yos Ferstappen yarış idarəçilərinin qərarlarını tənqid edib.

F-1.az xatırladır ki, Monako yarışı yağışa görə gec başlamışdı.

Yos Ferstappen: “Düzünü desəm, Monako ilə bağlı yaxşı fikirlərim yoxdur. Yarış öz saatında başlamalı idi. Yarış idarəçiləri bir az yağış görən kimi təşvişə düşürlər. Düzdür, xaotik start olardı və komandalar təkər seçimində çətinlik çəkə bilərdilər, amma insanlar bunu görmək istəyirlər.

Gözlədilər və sonra məlum oldu ki, start işıqlarında problem var. Belə halda ehtiyat sistem olmalıdır. Daha sonra yarışı təhlükəsizlik maşınının arxasında başlatdılar və bu da sürücülərin işini asanlaşdırdı. Formula1 rəqabətədavamlı və peşəkar idman növüdür. Belə hallar baş verməməlidir.

Yağış təkərlərində də ilişmə az idi. Bu qəbulolunmazdır. Uzun müddətdir ki, vəziyyət belədir. Bu məsələ həll olunmalıdır. Təkərlər 3 santimetr suda gedə bilməlidir. Bridgestone və Michelin dövründə təkərlər belə hallarda yaxşı işləyirdilər.

Bundan başqa qırmızı bayraqlar da çox tez çxır. Tsunoda sıralanma turunda təkərini divara sürtdü deyə qırmızı bayraq çıxdı. Bunu edərək pilotların dövrərlərini məhv edirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*