12 Noyabr 2019, Çərşənbə axşamı - 09:19

X.van der Xarde Caterham-in sürücüsüdür!

X.van der Xarde Caterham-in sürücüsüdür!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:46 - 02 Fevral, 2013

Caterham komandası gələn il heyətini tam yeniləyəcək. Şarl Pikin müqaviləsi barədə keçən il Braziliya Qran Prisinin startında elan olunmuşdusa, ikinci […]

Caterham komandası gələn il heyətini tam yeniləyəcək. Şarl Pikin müqaviləsi barədə keçən il Braziliya Qran Prisinin startında elan olunmuşdusa, ikinci sürücünün adı bu gün məlum olub: Amsterdamda mətbuat konfransında Xido van der Xarde 2013-cü il üçün müqaviləsini təsdiq edib.

Keçən il komandanın şərəfini qoruyan hər iki sürücü (Heykki Kovalaynen və Vitaliy Petrov) işsiz qalıb.

Xidonun 27 yaşı var, 2008-ci ildə Dünya Renault seriyasında titul qazandıqdan sonra GP2 seriyasına keçib, 2010-ci ildə seriyanın beşincisi olub. Xido hər il Formula1 testlərinə cəlb olunub – Super Aguri, Force İndia və Renault maşınlarını idarə edib.

Keçən il Xido Caterham-in ehtiyat sürücüsü olmaqla altı dəfə cümə sərbəst yürüşlərində trasa çıxıb. Sürücü 2007-ci ildə Spyker-in şərəfini qorumuş Kristian Albersdən sonra çempionatda ilk hollandiyalıdır.

Xatırladaq ki, peletonda yalnız Force İndia və Marussia komandalarında vakant yerlər qalıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 535
Teqlər , , , , , , , , , ,
Paylaş

logo