Williams Renault mühərriyinə keçir?

Williams komandası gələn il Renault mühərriklərinə keçə bilər.

F-1.az xatırladır ki, britaniyalılar 2014-cü ildən Mercedes mühərriklərindən istifadə edirlər. Lakin Williams komandası keçən il sadəcə iki yarışdan xal alıb və turnir cədvəlində sonuncu yeri tutub. Bu il isə ilk 9 yarışdan xal ala bilməyib. Formula1-in ən titullu ikinci komandası son çempionluğunu 1997-ci Jak Vilnövlə, son qələbəsini isə 2012-ci ildə Pastor Maldonado ilə qazanıb.

Bəzi iddialara əsasən Williams komandası gələn il Renault mühərriklərinə keçəcək. Hazırda Renault-nun baza komandası Mühəndislər Kubokunda beşincidir. Onlardan mühərrik alan McLaren isə dördüncü yerdədir.

Əgər Williams gələn il Renault mühərriyinə keçsə, McLaren yenidən Mercedes mühərriklərinə qayıda bilər. Xatırladaq ki, almanlar 1995-2014-cü illərdə McLaren ilə tərəfdaş olub və 1 dəfə Mühəndislər, 3 dəfə isə Sürücülər Kubokunda qalib olublar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*