V.Rossi keçmiş Dünya Çempionunu komandasına qatıb

Qran Pri yarışları üzrə 3 qat Dünya Çempionu olan Luka Kadalora həmyerlisi Valentino Rossinin texniki komandasına qoşulub...

F-1.az xəbər verir ki, MotoGP sürücülərinin çoxu köhnə sürücüləri öz dəstələrinə dəvət edirlər və onların təcrübələrindən faydalanırlar.

Bu günlərdə 37 yaşını qeyd edən Valentino Rossi də öz dəstəsinə həmyerlisi və həmkarı Luka Kadaloranı cəlb edib.

Kadaloranın komandada nə iş görəcəyi hələ bilinmir, amma o, Rossiyə sürmə stili anlamında məsləhət verə bilər.

Qeyd edək ki, Rossi və Kadalaro yaxın dostdurlar və onlar tədbirlərə bir yerdə gedirlər.

Yuxarıda qeyd etdiyimiz kimi hazırda sürücülər veteranlardan kömək alırlar. Dani Pedrosa eks MotoGP sürücüsü Sete Jibernönün, Brədli Smit isə Rəndi Mamolanın təcrübələrindən faydalanır…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*