20 Avqust 2019, Çərşənbə axşamı - 09:16

V.Malya komandasından razıdır

V.Malya komandasından razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

16:05 - 18 Fevral, 2018

Force İndia komandasının sahibi Vicey Malya bildirib ki, son iki mövsümdə ilk üçlükdən sonra gəldikləri üçün qürurludur.

F-1.az xatırladır ki, Hindistan təmsilçisi daha az büdcə ilə son iki mövsümdə 4-cü ola bilib. Lakin 3-cü yer uğrunda mübarizə aparmaq elə də asan görünmür.

Vicey Malya: “Hazırda ilk 3 komanda ilə aramızda çox fərq var. Amma orta qrupun ən güclüsü olduğumuz üçün qürur duyuram. Güclü istehsalçılara qarşı yarışırıq və büdcəmizə baxanda hədəflərimizi real düşünərək qoymalıyıq. Buna görə də gördüyümüz işdən razıyam, lakin daha yaxşı nəticələr və podiumlar üçün çox istəkliyəm. Növbəti hədəf yerimizi qoruyaraq öndəki komandalarla fərqi bağlamaqdır. Mercedes və Ferrari kimi büdcəmiz yoxdur. İstehsalçı komandalara mükafat olaraq daha çox pul verilir. Buna görə də müstəqil komandalarla fərq daha da çoxalır. Bu hal idmanın sağlamlığına ziyan vurur. Balanslı pul mükafatları daha yaxşı mübarizənin açarıdır. Bu həll olunana qədər müstəqil komandaların qələbə uğrunda mübarizə aparmaları mümkünsüzdür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 247
Teqlər ,
Paylaş

logo