V.Bottas: Zərəri azaltdım

Mercedes komandasının sürücüsü Valtteri Bottas zərəri minimuma endirdiyini deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Ştiriya yarışına 4-cü yerdən başlasa da, finişə komanda yoldaşınım 13 saniyə gerisində ikinci yerdə çatıb.

Valtteri Bottas: “Lyuis pouldan yaxşı start aldı. Yarışa yaxşı nəzarət elədi və keçən həftəki kimi hadisələr yaşanmadı.

Mən isə yarışa dördüncü yerdən başlasam da, zərəri minimuma endirdim. Yaxşı xallar qazandım və hələ də çempionatın lideriyəm. Sıralanma turu pis keçdiyi üçün 25 xal qazana bilmədim.

Maks ilə gözəl mübarizə oldu. Pitə gec getdiyimçün yarışın sonlarında tempim ona nisbətən daha yaxşı idi. Buradan xoşbəxt formada ayrılıram. Macarıstan yarışını səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*