V.Bottas: Aston Martin-in önündə qalacağıq

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas mövsüm sonunda Aston MArtin-i qabaqlayacaqlarına inanır.

F-1.az xatırladır ki, hazırda altıncı yer uğrunda mübarizə aparan iki komandanı 5 xal ayırır.

Valtteri Bottas: “Sıralanma turunda sürətimizi göstərə bilməsək də, sprint və əsas yarışlarda bolidimiz güclü idi. Yaponiya və ABŞ yarışlarına yeniliklər gətirdik, amma hava şəraitinə görə gücümüzü göstərə bilmədik. İndi isə tempimizi göstərə bilirik. Braziliyada 14-cü başlasam da, tempim var idi. Bunun hüsabına qabağa getdik. Strategiya cəhətdən də hər şey qaydasında idi. Təhlükəsizlik maşını pis vaxtda gəldi. Buna baxmayaraq, 9-cu olduq. Performansımızdan razıyam. Aston Martin-dən çox xal qazandıq və nəticədən razıyıq. Əbu Dabidə də eynisini təkrarlaya bilərik. Bu real hədəfdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*