V.Bottas: “Üçüncülük maksimum nəticə idi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Meksikada üçüncü yer maksimum nəticədir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü son dövrələrdə Fettellə ikincilik uğrunda mübarizə aparsa da, rəqibini keçə bilməyib.

Valtteri Bottas: “Yarışı sevdim. Sıralanma turundakı qəzanı düşünsək, üçüncü yer əla nəticədir. Yarış tempimizdən razı idim. Start çətin oldu və yer itirdim. Daha sonra itirdiyim yerləri qaytarmalı oldum. Bundan artığını bacara bilməzdik. Boliddə özümü yaxşı hiss edirəm. Tempimiz yaxşıdır və özümə inanıram. ABŞ yarışını səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*