V.Bottas: “Asan qələbə deyildi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yarış kənardan göründüyü kimi asan olmayıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlayıb. Son dövrələrdə Həmiltonun təzyiqlərinə məruz qalsa da, qalib gələrək turnir cədvəlində liderliyə yüksəlib.

Valtteri Bottas: “Çətin yarış idi. Lyuisin təzyiqini hiss edirdim və səhv edə bilməzdim. Düzünü desəm, startda və ilk pit-stopa qədər diqqətli idim. Lyuis daha yaxşı start almışdı. Amma mən xarici trayektoriyada idim. Amma ikimiz də təmiz iş gördük.

Lyuis bu yarışı qazanmaqçün hər şey edəcəkdi. Sadəcə öz performansıma fokuslanmalı idim. Hər döngədə işimə fokuslandım. Dövrələr barədə fikirləşmədim. Hər şey nəzarətimdə idi. Yarışı qazandığımçün xoşbəxtəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*