Türkiyə Qran Prisinin biletləri satışa çıxarılır

Doqquz illik fasilədən sonra Formula1-ə ev sahibliyi edəcək Türkiyə QP təşkilatçıları biletlərin sentyabrın 15-dən etibarən satışa çıxarılacağını elan edib. Biletlər 14 fərqli kateqoriyada və geniş qiymət aralığında təklif ediləcək.

F-1.az bildirir ki, 13-15 noyabr tarixləri üçün ilk 24 saat ərzində bilet alan azarkeşlər kampaniyadan yararlana biləcəklər – belə ki, qeyd edilən vaxt ərzində biletlər 90 – 1900 lirə (22-475 AZN), daha sonra isə 120 – 2750 lirə (30-685 AZN) aralığında olacaq.

Xatırladaq ki, bir müddət əvvəl İstanbul Park-ın sahibi İntercity şirkətinin rəhbəri Vural Ak Formula1 üçün dünyada ən ucuz biletləri satışa çıxacaqlarını və qiymət siyasətində hamını nəzərə alacaqlarını bildirmişdi.

Tribuna Kampaniya qiymətləri (lirə) Normal qiymətlər (lirə)
Platinum 1900 2750
Gold 1 1500 2200
Gold 2 1500 2200
Gold 3 1300 1900
Gold Açıq 1100 1600
Silver 1 850 1200
Silver 2 550 750
Silver 3 750 1050
Silver 4 750 1050
Silver 5 350 475
Silver 6 250 350
Silver 7 850 1200
Silver 8 850 1200
Açıq ərazi 90 120
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*