Ən bahalı biletlər Las Veqasda olacaq

Yeni trasda keçirilməsinə baxmayaraq, gələn il təqvimə qayıdacaq Las Veqas Qran Prisinin bilet qiymətləri rekord həddədir.

F-1.az xəbər verir ki, üç günlük bilet qiymətləri 500 dollardan başlayır. Podiumun da göründüyü əsas tribunada isə qiymət 2000 dollardır. VİP biletlərin qiymətləri yalnız müştərinin pul kisəsinin qalınlığı ilə məhdudlaşır.

Müqayisə üçün qeyd edək ki, biletlərin bahalığı ilə məşhur olan Monakoda 3 gün tribunada oturmaq üçün ödənilməli maksimal məbləğ 1500 dollardır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*