Spada yenidənqurma işləri davam edir

Bu il 24 saatlıq motosiklet yarışını qəbul etmək üçün Grade C lisenziyasını almaq istəyən tras rəhbərliyi təhlükəsizliyin artırılması məqsədi ilə bir çox işlər görür.

F-1.az xəbər verir ki, təşkilatçılar həm də gələcəkdə Moto GP yarışını qəbul etmək niyyətindədilər. Bir çox döngədəki qaçış zolaqlarında olan asfalt zona çınqıllıqla əvəzlənib. Çınqıllıqların sahəsi La Source, Les Combes, Malmedy, Bruxelles, Blanchimont və Bus Stop şikanasında əhəmiyyətli dərəcədə artırılıb.

Məşhur Raidillon-da görülən işlər aprelə qədər tamamlanmalıdır. Qeyd edək ki, orada böyük bir tribuna inşa edilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*