Sinqapur-2016: Mətbuat konfranslarının cədvəlləri

Sinqapur Qran Prisi günlərində FİA-nın rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı Valtteri Bottas (Williams), Markus Erikson və Felipe Nasr (Sauber), Colion Palmer (Renault), Serxio Peres (Force İndia) və Daniel Rikkardo (Red Bull) jurnalistlərin suallarına cavab verməli olacaqlar.

Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Siril Abitebul (Renault), Mauritsio Arrivabene (Ferrari), Kristian Horner (Red Bull), Monişa Kaltenborn (Sauber), Günter Ştayner (Haas) və Toto Volff (Mercedes AMG) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*