S.Burde Sebrinqdə ikinci olub

Sebastyen Burde Sebrinqdə keçirilmiş məşhur 12 saatlıq marafonda Peugeot dizel idman maşının sükanı arxasında Frank Montanyi və Stefan Sarazenlə birlikdə […]

Sebastyen Burde Sebrinqdə keçirilmiş məşhur 12 saatlıq marafonda Peugeot dizel idman maşının sükanı arxasında Frank Montanyi və Stefan Sarazenlə birlikdə ikinci yeri tutub. Fransalı ekipaj birinci yeri tutmuş Alan Makniş, Rinaldo Kapello və Tom Kristensenə (Audi R15) cəmi 20 saniyə uduzub. Sebrinq yarışı American Le Mans seriyasının bir mərhələsidir, yarışın Avstraliya Qran Prisinə bir həftə qalmış keçirilməsinə baxmayaraq Sebastyen heç bir problem olmadığını bir neçə dəfə söyləmişdi. Tras Amerikanın Florida ştatında yerləşir və Burdeyə yaxşı tanışdır: 2006-cı ildə o burda GT2 seriyasının qalibi olmuşdu.

Burde, Makniş və Montanyidən başqa Formula1-lə bağlı olan digıər sürücülər də yarışa qatılıblar – Pedro Lami, Yan Maqnussen, Kristian Klin, Mika Salo və Dəvid Brəbhəm. Burde ABŞ-dan birbaşa denyanın o biri ucuna – Avstraliyaya uçacaq, digər saat qurşağına öyrəşmək üçün Melburna vaxtında çatmaq lazımdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*